İranlıların Novruz bayramında seçimi Van şəhəri oldu

Martın 21-də qeyd olunacaq Novruz bayramı üçün iranlı turistlər Türkiyənin Van şəhərinə gəlməyə davam edirlər.

1795147
İranlıların Novruz bayramında seçimi Van şəhəri oldu

Martın 21-də qeyd olunacaq Novruz bayramı üçün iranlı turistlər Türkiyənin Van şəhərinə gəlməyə davam edirlər.

Vanda şəhərin tarixi və mədəni sərvətlərini tanıtmaq, marka dəyərinə töhfə vermək və yerli bazarı canlandırmaq məqsədilə iranlıların Novruz bayramına təsadüf edən “Shopping Fest” alış-veriş günləri təşkil edilir.

Novruz bayramı ərəfəsində Van şəhərinin Kapıköy sərhəd-keçid məntəqəsindən şəhərə daxil olan iranlılar türk məhsullarına böyük maraq göstərirlər. Yeni növ koronavirus (Covid-19) səbəbiylə 2 ildir dayandırılan “Shopping Fest”  festivalı üçün bu il bütün işlər tamamlanıb.

Martın 15-29-da keçiriləcək festival üçün iranlı turistlər şəhərə axın etməyə başlayıb.

Maraqlıdır ki, daha əvvəl Türkiyənin müxtəlif vilayətlərində olmuş iranlı turistlərin seçimi bu dəfə Van olub.



Әlaqәli Xәbәrlәr