Müharibənin Rusiyaya gündəlik xərci 20 milyard dolları keçə bilər

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibənin Moskva administrasiyasına gündəlik xərcinin 20 milyard dolları keçə biləcəyi bildirilib.

1789222

"Consultancy" müşavirlik onlayn şirkətindəki xəbərdə beyin mərkəzləri "Centre for Economic Recovery" və "EasyBusiness" və müşavirlik şirkəti "Civitta" tərəfindən aparılan və Rusiya-Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatına vurduğu zərərin hesablandığı araşdırma yer alıb.

Araşdırmada deyilir ki, müharibədən birbaşa itkilər, o cümlədən aşkar edilə bilən hərbi texnika və şəxsi heyət itkisi Rusiyaya ilk 5 gündə təxminən 7 milyard dollara başa gəlib.

Avadanlıq itkisinin 4,2 milyard dollar olduğu bildirilib.

Bundan əlavə, tədqiqatçılar səfərbərliyin miqyasının, o cümlədən logistika, şəxsi heyət, döyüş sursatı, yanacaq, raket buraxılışının hər gün daha çox vəsaitə başa gələcəyini ifadə edərək, müharibənin Rusiya üçün gündəlik xərcinin 20 milyard dolları keçə biləcəyinə diqqət çəkiblər.

Araşdırmada bu vəziyyətin adi Rusiya vətəndaşları üçün yüksək inflyasiya və aşağı alıcılıq qabiliyyəti demək olacağı, ölkədə yoxsulluğun artacağı bildirilib.

Әlaqәli Xәbәrlәr