Türkiyə iqtisadiyyatı 2021-ci ildə nə qədər inkişaf edib?

Türkiyə Statistika Təşkilatı (TÜİK) keçən ilki inkişaf rəqəmlərini açıqlayıb

1787160
Türkiyə iqtisadiyyatı 2021-ci ildə nə qədər inkişaf edib?

 

   Türkiyə iqtisadiyyatı 2021-ci ildə 11, ötən ilin son rübündə isə 9,1 faiz artıb.

  Türkiyə Statistika Təşkilatı (TÜİK) keçən ilki inkişaf rəqəmlərini açıqlayıb.

  Türkiyə iqtisadiyyatı 2020-ci illə müqayisədə 11 faiz artıb. 2021-ci ilin oktyabr-dekabr dövrünün 4-cü rübündə artım tempi 9,1 faiz təşkil edib.

  İstehsal üsulu ilə artım cari qiymətlərlə əvvəlki ilə nisbətən 42,8 faiz artaraq 7 trilyon 209 milyard 40 milyon türk lirəsi olub.

  Adambaşına düşən ümumdaxili məhsul (ÜDM) 2021-ci ildə 9539 dollar olaraq hesablanıb.

  Ən böyük artım xidmət fəaliyyəti sektorunda olub.

  2021-ci ildə informasiya və kommunikasiya fəaliyyəti 2,2, peşəkar, inzibati və yardımçı xidmət fəaliyyəti isə 17,3 faiz artıb.

  Sənayedə artım tempi 16,6 % olub.



Әlaqәli Xәbәrlәr