Türkiyənin mebel ixracında artım qeydə alınıb

Türkiyənin mebel ixracı yanvar ayında 2021-ci ilin müvafiq dövrünə müqayisədə 14% artaraq 325,5 milyon dollara çatıb.

1778932
Türkiyənin mebel ixracında artım qeydə alınıb

İstanbul Mebel, Kağız və Meşə Məmulatları İxracatçıları Birliyinin hesabatına görə keçən il 4,3 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatan mebel ixracı yeni ilə rekordla başlayıb. Sektorun keçən ay ən çox ixrac reallaşdırdığı ölkələr arasında ABŞ ilk sırada iştirak edib. Bu ölkəni sırası ilə Almaniya, İngiltərə, İraq və Liviya izləyib. Hesabatda bildirilib ki, cari ilin ilk ayında Qətərə mebel ixracı ötən ilə müqayisədə 90% artıb.



Әlaqәli Xәbәrlәr