Antalyada yanvar ayı turizmində 178 faiz artım olub

Yanvarda Antalyaya hava yolu ilə 138 604 xarici qonaq gəlib.

1772956
Antalyada yanvar ayı turizmində 178 faiz artım olub

Yanvarda Antalyaya hava yolu ilə 138 604 xarici qonaq gəlib.

Turizmdə rekord il olan 2019-cu ili keçməyi hədəfləyən Antalya 2022-ci ilə yaxşı bir başlanğıc etdi.

Təhlükəsiz Turizm Sertifikatı və turizmdə həyata keçirilən səyahət tədbirləri Antalyaya gələnlərin diqqətini çəkdi.

Yanvar ayında şəhərə xaricdən 138 min 604 qonaq gəlib.

43 min 219 turist ilə 36,68 faiz pay alan Rusiyadan gələn turistlər 2022-ci ilə ölkələr üzrə paylamaya liderlik edərək başladı.

Almaniya Rusiyadan sonra 22 min 38 qonaq ilə ikinci olub. İngiltərə 5 min 987 turist ilə üçüncü, Polşa 4 min 732 turist ilə dördüncü, Qazaxıstan isə 4 min 570 turist ilə ilk 5 ölkə arasında yer alıb. 

Keçən il Türkiyəyə müvəqqəti səyahət məhdudiyyətləri gətirən İngiltərənin səyahət məhdudiyyətinin aradan qaldırılması ilə ingilis turistlər yenidən Antalyanı seçiblər. 2021-ci ilin yanvar ayında İngiltərədən olan 123 olan turist sayı 2022-ci ilin yanvarında 5987 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr