ABŞ hökuməti Rusiyaya sanksiyaları müzakirə etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) hökuməti nümayəndələri ölkənin ən böyük banklarıyla, Ukraynanı işğal edərsə, Rusiyaya qoyulacaq sanksiyaları müzakirə edib

1770229
ABŞ hökuməti Rusiyaya sanksiyaları müzakirə etdi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) hökuməti nümayəndələri ölkənin ən böyük banklarıyla, Ukraynanı işğal edərsə, Rusiyaya qoyulacaq sanksiyaları müzakirə edib.

  “Bloomberg”in xəbərinə görə, Bayden rəhbərliyi səlahiyyətliləri “Citigroup”, “Bank of America”, “JPMorgan Chase & Co” və “Goldman Sachs” kimi ölkənin ən böyük bankları ilə Rusiyaya qarşı qoyula biləcək sanksiyalardan danışıblar.

  Banklarla Rusiyaya qarşı sanksiyaların 2018-ci ildə qlobal alüminium tədarük zəncirinin kəsilməyə uğraması və 30 faiz qiymət artımı kimi problemlər yaranıb-yaranmayacağı məsələləri də müzakirə olunub.

  “Wall Street Journal”da da yazılana görə, Bayden rəhbərliyi Rusiyanın böyük bankları və dövlət şirkətlərinə qarşı sanksiyaları qiymətləndirir.

  Rusiyanın Ukraynanı işğalı vəziyyətində sanksiya tətbiq olunacaq banklar arasında son qərar olmasa da, VTB Bank kimi Rusiyanın ən böyük dövlət banklarından bir neçəsi var. O cümlədən, inkişaf etmiş mikroelektronik ixracatı edən kilid sektorların hədəfə alınması da nəzərdən keçirilir.

  Rusiyanın neft və təbii qaz ixracatına qarşı sanksiyalar və qlobal “SWİFT” sistemindən çıxarılması məsələləri isə hələlik gündəmdə yoxdur.



Әlaqәli Xәbәrlәr