Türk çayı 120 ölkəyə ixrac edilir

2021-ci ildə Türkiyədən 120 ölkəyə çay ixrac edilib.

1762096
Türk çayı 120 ölkəyə ixrac edilir

Şərqi Qaradəniz İxracatçılar Birliyi (ŞQİB) bu barədə məlumat yayıb. Bildirib ki, ötən il 120 ölkəyə 5 min 500 ton çay ixrac edilərək 19 milyon 575 min 574 dollar gəlir əldə edilib. Türkiyədən ən çox çay satın alan ölkələr arasında Belçika, Almaniya, Amerika Birləşmiş Ştatları (ABŞ), Şimali Kipr Türk Respublikası (ŞKTR), Hollandiya və Fransa iştirak edir.

 



Әlaqәli Xәbәrlәr