Türkiyənin külək enerjisi tutumu artıb

2021-ci ildə Türkiyənin külək enerjisi tutumu tarixinin ən yüksək seviyyəsinə çatıb.

1756717
Türkiyənin külək enerjisi tutumu artıb

Keçən il Türkiyədə quraşdırılmış elektrik enerjisinin yarısını külək elektrik parkları təşkil edib. Bildirilir ki, 2021-ci ildə külək enerjisi tutumundakı artım təxminən 1750 meqavat olub. Bu da Türkiyədə illik olaraq istismara verilən ən yüksək artım hesab edilir. Bu artımla Türkiyənin ümumi külək enerjisi quraşdırılmış gücü 2021-ci ilin sonuna dək 10.750 meqavata, fəaliyyətdə olan layihələrin ümumi sayı isə 270-ə çatıb.



Әlaqәli Xәbәrlәr