Bəzi ölkələrdə inflyasiya rəqəmləri

Amerika Mərkəzi Bankı İdarə Heyətinin sədri Cerom Pauel (Jerome Powell) yüksəlişin sürəcəyini bildirərək deyib...

1756438
Bəzi ölkələrdə inflyasiya rəqəmləri

 

  Yeni tip koronavirus (Covid-19) epidemiyasında böyük zərərə uğrayan iqtisadiyyatlar bir tərəfdən toparlanmağa çalışarkən, digər tərəfdən enerji böhranları, tədarük problemləri və yüksək inflyasiya ilə üz-üzə qalıb.

  Amerika Birləşmiş Ştatlarında istehlakçı qiymət indeksi 2021-ci ilin dekabr ayında 0,8 faiz artımla proqnozlardan artıq olub. İllik inflyasiya da 6,8 faizə yüksələrək 39 ilin rekordunu qırıb. Ən yüksək artım enerji qiymətlərində görünür. Ölkədə maye yanacaq qiymətlərindəki yüksəliş 50 faizi keçib, ikinci əl avtomobil bazarında isə 30 faizdən çox artma qeydə alınıb.

  Amerika Mərkəzi Bankı İdarə Heyətinin sədri Cerom Pauel (Jerome Powell) yüksəlişin sürəcəyini bildirərək deyib: “Aktiv alışlar azaldılmalıdır. İnflyasiya bu il də düşməyəcək”.

  Avropada da enerji və qida məhsulları başda olmaqla yaşanan qiymət artımları narahatlığı var. Avro bölgəsində ötən ilin noyabr ayında illik inflyasiya 4,9 faizlə 1997-ci ildən bu yana ən yüksək səviyyəsinə çıxıb.

  Avropa iqtisadiyyatının lokomotivi olan Almaniyada illik inflyasiya 5,2, İspaniyada isə 5,6 faiz olub. Hər iki ölkədə də inflyasiya 1992-ci ildən bu yana ən yüksək səviyyədədir.

  Digər Avropa ölkəsi Hollandiyada isə inflyasiya 5,2 faizlə 1982-ci ilin sentyabr ayından bəri təpədədir.



Әlaqәli Xәbәrlәr