Türkiyənin İtaliyaya ixracatı oktyabrda rekord qırdı

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə...

1730528
Türkiyənin İtaliyaya ixracatı oktyabrda rekord qırdı

 

  Türkiyə oktyabrda İtaliyaya reallaşdırdığı ixracatda aylıq rekord səviyyəsinə çatdı.

  Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin ixracatı oktyabrda 2020-ci ilin eyni dövrülə müqayisədə 19,2 faiz artaraq 19 milyard 76 milyon 662 min dollara yüksəlib.

  Oktyabrda Türkiyənin İtaliyaya reallaşdırdığı ixracat aylıq rekord səviyyəyə çıxıb. Belə ki, İtaliyaya xarici satış ötən ay keçən ilin eyni dövrünə görə 24 faiz artaraq 1 milyard 26 milyon 126 min dollar olub. Bununla da İtaliya Türkiyənin ən çox ixracat etdiyi 4-cü ölkə olaraq qeydiyyata düşüb.

  İtaliyaya oktyabrda ən çox ixracat avtomobil sənayesindən olub. Avtomobil sənayesi sözügedən ayda İtaliyaya 236 milyon 122 min dollarlıq xarici satış edib.

  Oktyabrda ən çox ixracat reallaşdırılan digər ölkələr isə 1 milyard 560 milyon 366 min dollarla Almaniya, 1 milyard 179 milyon 141 min dollarla Birləşmiş Krallıq və 1 milyard 150 milyon 18 min dollarla Amerika Birləşmiş Ştatları olub.



Әlaqәli Xәbәrlәr