Zeytun ixracatında Türkiyədə bir ilk

Egey İxracatçılar Birliyindən verilən məlumata görə...

1727175
Zeytun ixracatında Türkiyədə bir ilk

 

  Süfrəlik zeytun ixracatında 2020-2021-ci illər mövsümündə Türkiyə tarixində ilk dəfə olaraq 150 milyon dollar limitini keçdi.  

  Egey İxracatçılar Birliyindən verilən məlumata görə, 2019-2020-ci illər mövsümündə 84 min 417 ton süfrəlik zeytun ixracatı qarşılığı 145,7 milyon dollarlıq gəlir əldə edilib. 2020-2021 mövsümündə isə 430 min ton süfrəlik zeytun məhsulu istehsal edilib ki, bunun 88 min 430 tonu ixrac edilərək 150 milyon 142 min dollarlıq gəlir qazanılıb.

  Qara zeytun ixracatında ilk sırada 33,5 milyon dollarla Almaniya, ikinci 18,8 milyon dollarla İraq, üçüncü 17,7 milyon dollarla Rumıniyadır.

  Yaşıl zeytun ixracatında da Almaniya 8,8 milyon dollarla birinci, İraq 7,1 milyon dollarla ikinci, Amerika Birləşmiş Ştatları isə 3,7 milyon dollarla üçüncüdür.



Әlaqәli Xәbәrlәr