Antalyaya turist axını artaraq davam edir
2021-ci ilin ilk 9 ayında Antalyaya gələn turist sayı 8 milyon 38 min 761-ə çatıb.
1721140

TRT-nin Antalya Mədəniyyət və Turizm Müdirliyinə istinad etdiyi xəbərinə görə şəhəri ziyarət edən turist sayı artmağa davam edir. Bildirilir ki, 17 Oktyabra qədər istirahət məqsədi ilə Antalyaya gələn turist sayı 1 milyon nəfəri ötüb. 2020-ci ilin 1 Yanvar -17 Oktyabr tarixləri arasında 3 milyon 70 min 854 turisdə ev sahibliyi edən şəhər cari ilin müvafiq dövründə 8 milyon 38 min 761 turisti qarşılayıb. Bu da istirahət üçün Antalyanı seçim edən turistlərin sayında böyük artım olduğunu göz önünə sərir.