BVF Əfqanıstanla əməkdaşlığı dayandırdığını açıqlayıb

Beynəlxalq Valyuta Fondu Əfqanıstanla qarşılıqlı əlaqəni ölkənin yeni hakimiyyətinin digər dövlətlər tərəfindən tanınması məsələsi həll olunana qədər dayandırdığını bəyan edib.

1706992
BVF Əfqanıstanla əməkdaşlığı dayandırdığını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) Əfqanıstanla qarşılıqlı əlaqəni ölkənin yeni hakimiyyətinin digər dövlətlər tərəfindən tanınması məsələsi həll olunana qədər dayandırdığını bəyan edib.

BVF-nin sözçüsü Cerri Rays keçirdiyi brifinqdə deyib:

“Beynəlxalq ictimaiyyət hökumətin tanınması məsələsinə aydınlıq gətirənə qədər Əfqanıstanla əlaqəmiz dayandırılıb. Əfqanıstanda hökumətin tanınması baxımından beynəlxalq birliyin qərarlarına diqqət yetiririk. Burada qəbul olunmuş yekun hansısa qərar yoxdur".

C. Rays Əfqanıstandakı vəziyyətdən narahatlığını da dilə gətirərək bildirib ki, Əfqanıstandakı çətin iqtisadi və humanitar vəziyyətdən çox narahatıq. Təcili Əfqanıstan xalqına humanitar yardım göstərmək və kiçik pul köçürmələrinə icazə vermək lazımdır. Yaxınlaşan humanitar böhranın qarşısını almaq və təcili tədbirlər görmək üçün beynəlxalq birliklə işləməyə də hazırıq.



Әlaqәli Xәbәrlәr