“Çin və Rusiya açıq-aşkar "ABŞ gərilir" deyir”, E.Blinken

Merilənd (Maryland) Universitetində təşkil edilən iclasda qonaq olan E.Blinken infrastruktur, inovasiya, elm və texnologiya sahələrində ABŞ-ın daha güclü olması gərəkliyini bildirərək deyib...

1688911
“Çin və Rusiya açıq-aşkar "ABŞ gərilir" deyir”, E.Blinken

 

  Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken (Antony Blinken) infrastruktur və texnologiya ilə əlaqəli bir sıra sahələrdə ABŞ-ın Çindən geridə qaldığını etiraf etdi.

  Merilənd (Maryland) Universitetində təşkil edilən iclasda qonaq olan E.Blinken infrastruktur, inovasiya, elm və texnologiya sahələrində ABŞ-ın daha güclü olması gərəkliyini bildirərək deyib: “Amerika xarici siyasətinin güclü ünsürlərindən biri ABŞ-ın öz içindəki infrastruktur və texnoloji üstünlüyüdür. İnfrastrukturumuzun möhkəmliyi və inovasiyadakı gücümüzlə bağlı bunu söyləməliyəm ki, daha yaxşısını edə bilərik. Bir zamanlar olduğumuzdan geri gedirik.

  Rəqiblərimiz yavaş, lakin əmin şəkildə aradakı fərqi bağladı, hətta bəzi sahələrdə qarşımıza belə keçdilər. Əgər bu, belə davam edərsə, daha rəqabətçi bir dünyada daha az rəqabətçi olarıq.

  Çin texnologiya sahələrində sürətlə addımlayır və buna qarşı daha fəal hərəkət etməliyik.  

  ABŞ öz infrastrukturuna yeni hücumlarla başlamalıdır. Məsələn, Çin bizim ildə xərclədiyimizin 3 qatını infrastruktura verir.

  Qlobal ölçüdə infrastrukturda ABŞ bu gün 13-cü sıradadır. Lazımlı addımlar atılmazsa, qarşıdakı 12 ölkə ilə aradakı fərq daha da artacaq.

  Çin və Rusiya açıq şəkildə "ABŞ gərilir" ifadəsini təkrarlayır. Ancaq ABŞ bir çox sahədə ən güclü ölkə olmağa davam edir”.   



Әlaqәli Xәbәrlәr