“Türkiyə bizim strateji və ən böyük ticarət ortağımızdır”, İ.Qaribaşvili

Parlamentdəki çıxışında İ.Qaribaşvili millət vəkillərinin qonşu ölkələrlə əlaqədar suallarını cavablandırıb

1665013
“Türkiyə bizim strateji və ən böyük ticarət ortağımızdır”, İ.Qaribaşvili

 

  Gürcüstanın baş naziri İraqlı Qaribaşvili Türkiyə ilə iki strateji ortaq olduqlarını vurğulayıb.

  Parlamentdəki çıxışında İ.Qaribaşvili millət vəkillərinin qonşu ölkələrlə əlaqədar suallarını cavablandırıb. Türkiyə ilə bağlı baş nazir deyib: “Türkiyə ilə ikitərəfli əlaqələri gücləndirmək üçün son illər aktiv surətdə çalışırıq. Türkiyə bizim strateji və ən böyük ticarət ortağımızdır. İki ölkə arasında ticarət əlaqələrinin artırılması üçün böyük imkanlar var. Hörmətli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iki ölkə olaraq iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsini istəyir. Qarşıdakı illərdə ortaq məqsədimiz ticarət həcminin 3 milyard dollara çıxarılmasıdır.

  Biz üçlü format olan Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığını da yüksək qiymətləndiririk. Ərdoğanın məsləhəti ilə bu il Yüksək Strateji Əməkdaşlıq Şurası Toplantısı etməyi planlaşdırırıq. Sözügedən yığıncaqda ölkələrimiz arasında mövcud bütün strateji əməkdaşlıq mövzularını dəyərləndirəcəyik."



Әlaqәli Xәbәrlәr