"Türkiyə beynəlxalq investorlar nəzdində ciddi bir cazibə mərkəzidir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğanın Prezident İnvestisiya Ofisi tərəfindən yayımlanan "2021-2023 Türkiyə Beynəlxalq İnvestisiya Strategiyası"nda yer alan dəyərləndirməsi...

1662663
"Türkiyə beynəlxalq investorlar nəzdində ciddi bir cazibə mərkəzidir", R.T. Ərdoğan

"Türkiyə Beynəlxalq Birbaşa İnvestisiya Strategiyası iqtisadiyyatımızın ehtiyac duyduğu sahələrdə ölkəmizə əlavə dəyərli investisiyaların gətirilməsi üçün bir yol xəritəsi olacaqdır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İnvestisiya Ofisi tərəfindən yayımlanan "2021-2023 Türkiyə Beynəlxalq İnvestisiya Strategiyası"nda yer alan dəyərləndirməsində deyib.
Dövlət başçısı Türkiyənin geniş istehsal imkanları, ixtisaslı işçi qüvvəsi, strateji mövqeyi, müasir lojistika strukturu və bütün ehtiyacları ödəyə biləcək təşviq paketləri ilə beynəlxalq birbaşa investorlar nəzdində ciddi cazibə mərkəzi olduğunu bildirib.

Türkiyənin 4 saatlıq uçuş məsafəsi ilə 1,3 milyard əhaliyə və 26 trilyon dollarlıq nəhəng bir bazara çatma imkanı təqdim etdiyinə çəkən Ərdoğan ölkənin bu ticarət üstünlüklərindən başqa, enerji qaynaqlarının şərq-qərb xəttində, Avropa ölkələrinə daşınmasında ən etibarlı yollardan biri olduğunu vurğulayıb.

Türkiyənin sürətli iqtisadi böyüməsinin son 19 ildə alma gücü artan  bir orta təbəqənin yaranmasını təmin etdiyini bildirərək, "Hər biri 1 milyondan çox əhalisi olan 24-dən çox şəhərimiz ölkəmizin inkişaf etməkdə olan daxili bazarını dəstəkləyir. Avropa İttifaqına üzv ölkələrlə müqayisədə ən gənc əhaliyə sahib bir ölkə olan Türkiyə eyni zamanda keyfiyyətli mühəndis sayına görə də dünya ölkələri arasında zirvələrdədir" deyib.

Prezident Ərdoğan Türkiyənin 2003-cü ildən bu yana təxminən 225 milyard dollar beynəlxalq birbaşa investisiya cəlb etməyi bacardığını da vurğulayıb.



Әlaqәli Xәbәrlәr