Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyə Dövlət statistika Komisətisinin mart ayına dair sənaye istehsal indeksi hesabatında bu barədə məlumat verilib.

1637904
Sənaye istehsalı indeksində artım qeydə alınıb

Hesabatda bildirilib ki, təqvim təsirindən təmizlənmiş sənaye istehsalı Mart ayında ötən ilin müvafiq dövrünə müqayisədə 16,6% artıb. Düzəliş edilməmiş sənaye istehsalı indeksinin illik artımı isə 19,9% olub.

Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlanan hesabata münasibət bildirib. Qeyd edib ki, sənaye istehsalı indeksinin nəticələri, sənayenin Mart ayında da iqtisadiyyatımızın lokomotivi olduğunu sübut etdi. Beləcə sənaye istehsalı ardıcıl olaraq 11 ay dirçəliş tendensiyasını qorudu. Birinci rübdə keçən ilin müvafiq rübünə müqayisədə 12,3% artım ilə G-20 ölkələri arasında sənaye istehsalını ən çox artıran ölkələrdən biri olduq.

 



Әlaqәli Xәbәrlәr