TOGG avtomobili “iF Design Award”a layiq görüldü

Beynəlxalq sahədə dizayn mükəmməlliyi simvolu olaraq tanınan və 1954-cü ildən bəri verilən “iF Design Award” mükafatı üçün bu il 52 ölkədən 10 minə yaxın maşın və layihəsi yarışdı

1623742
TOGG avtomobili “iF Design Award”a layiq görüldü

 

  Türkiyənin Avtomobili Müəssisəsi Qrupu (Türkiye Otomobili Girişim Grubu - TOGG) ən prestijli dizayn mükafatlardan olan “iF Design Award”ı Türkiyədən avtomobil sahəsində qazanan ilk marka oldu.

  TOGG və “Pininfarina” dizayn qrupları tərəfindən Murad Günakın rəhbərliyi ilə 150 min saatlıq çalışma nəticəsində hazırlanan, 27 Avropa İttifaqı ölkəsi, Çin, Yaponiya və Rusiyada qeydiyyatdan keçmiş TOGG C-SUV "Professional konsept" kateqoriyasında mükafata layiq görüldü.

  Beynəlxalq sahədə dizayn mükəmməlliyi simvolu olaraq tanınan və 1954-cü ildən bəri verilən “iF Design Award” mükafatı üçün bu il 52 ölkədən 10 minə yaxın maşın və layihəsi yarışdı. 21 ölkədən 98 müstəqil münsif üzvü dünyanın ən yaxşı avtomobil dizaynlarını təyin etmək üçün geniş müzakirələr apardılar.  

  TOGG-un İdarə Heyətinin (CEO) sədri Gürcan Karakaş “iF Design Award 2021” mükafatına layiq görüldükləri üçün qürur duyduqlarını belə ifadə edib: "Kültürümüzdən ilham alaraq inkişaf etdirdiyimiz və bu zamana qədər 27 AB ölkəsi ilə Çin, Yaponiya və Rusiyada qeydiyyatdan keçən xüsusi dizaynlı avtomobilimizin belə bir mükafatla taclandırılması bizi daha yaxşısını etməyə ürəkləndirir."

  Qeyd edək ki, TOGG avtomobili 2030-cu ilə qədər ortaq platformada elektrikli 5 fərqli model istehsal edəcək.  



Әlaqәli Xәbәrlәr