İqtisadi güvən indeksində artım

Türkiyə İqtisadi güvən indeksi mart ayında aylıq 3,3% artaraq 98,9 dəyərinə çatıb.

1611901
İqtisadi güvən indeksində artım

Türkiyə Dövlət Statistika Komitəsinin Mart ayına  dair iqtisadi güvən hesabatında  bildirilib: “Fevral ayında 95,8 olaraq qeydə alınmış indeks mart ayında 3,3%  artım ilə  98,9-a yüksəlib. İqtisadi güvən indeksindəki artıma istehlakçı, real sektor (istehsal sənayesi), xidmət və pərakəndə ticarət sektoru güvən indekslərindəki artımlar  töhvə  verib. İstehlakçı güvən indeksi Mart ayında ötən  aya  müqayisədə 2,5% artaraq 86,7-yə, real sektor güvən indeksi 1,4% artaraq 110,2-yə, xidmət sektoru güvən indeksi 5,1% artımla 105,5-ə, pərakəndə satış sektoru güvən indeksi 0,2% artımla 109,2-a çatıb.

 



Әlaqәli Xәbәrlәr