2020-ci ilin 4-cü rübündə iqtisadi artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsi, Türkiyənin 2020-ci il və həmin ilin 4-cü rübünə dair iqtisadi artım rəqəmlərini açıqlayıb.

1592651
2020-ci ilin 4-cü rübündə iqtisadi artım qeydə alınıb

Komitənin  hesabatına  görə, 2020-ci ildə  Ümumi Daxili Məhsul (ÜDM) 1,8% eyni ilin dördüncü rübündə  isə 2019-cu ilin müvafiq dövrünə müqayisədə 5,9%  artıb.

Xəzinə və Maliyyə Naziri Lütfi Elvan 2020-ci ilin iqtisadi artımı ilə əlaqəli  açıqlamasında: “Türkiyə qlobal səhiyyə böhranın hökm sürdüyü 2020-ci ildə iqtisadi artım qeydə alınan az saydakı ölkələr arasında qərarlaşıb”.  Türkiyənin 2021-ci ildə əsas prioritetinin qiymət sabitliyinə nail olmaq olduğunu ifadə edən  Nazir Elvan İnflyasiyaya qarşı  mübarizənin daha keyfiyyətli və  daimi investisiya, istehsal və artıma töhfə verəcəyini inamını vurğulayıb.  



Әlaqәli Xәbәrlәr