"Pegasus" hava yolu şirkəti 28 martdan Odessaya uçuşlarına başlayacaq

"Pegasus" hava yolu şirkəti 28 martdan tutmuş İstanbul Sabiha Gökçen Hava limanından Ukraynadakı 5-ci uçuş yeri olan Odessaya uçuşlara başlayacaq.

1586884
"Pegasus" hava yolu şirkəti 28 martdan Odessaya uçuşlarına başlayacaq

"Pegasus" hava yolu şirkəti 28 martdan tutmuş İstanbul Sabiha Gökçen hava limanından Ukraynadakı 5-ci uçuş yeri olan Odessaya uçuşlara başlayacaq.

"Pegasus" şirkətinin verdiyi məlumata görə, hava yolu şirkəti İstanbulu ilə Odessa şəhərini birləşdirir.

Sabiha Gökçen hava limanından Odessaya həftənin iki günü təşkil ediləcək səfərlərin birincisi 28 mart tarixində reallaşacaq.

"Pegasus"un Xarkiv, Kiyev, Lviv və Zaporijya uçuşundan sonra Ukraynadakı 5-ci Odessaya uçuşları, Sabiha Gökçen beynəlxalq hava limanından Odessaya cümə axşamı və bazar Türkiyə saatı ilə 16:20-də, Odessa beynəlxalq hava limanından İstanbula isə həmin günlər saat 18:45-də təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr