Demirci qəsəbəsində istehsal olunan əl işi xalçalar Uzaq Şərq bazarında

Türkiyənin Manisa vilayətinin Demirci qəsəbəsində istehsal olunan əl işi xalçalar Avropa ölkələrindən sonra Uzaq Şərq bazarına göndərilməyə başlanıb.

1569871

Qadınların məhəllələrdə günlərlə işləyərək böyük zəhmətlə ilmək-ilmək toxuduqları əl işi xalçalar daxili və Avropa bazarlarına göndərilirdi. Şirkətlər internet üzərindən saxladıqları əlaqələrlə indi də Çin və Yaponiyadan sifariş almağa başlayıblar.

Xalça istehsalçısı Cemal İlkdoğan 200-ə yaxın qadının onlar üçün xalça toxuduğunu ifadə edərək, 4 kvadrat metrdən 20 kvadrat metrədək müxtəlif rəng və naxışlarda xalça hazırladıqlarını söyləyib.

İlkdoğan "Son illərdə internet üzərindən satışlarımızı da artırdıq. Beləliklə, Almaniya, Amerika və Danimarka kimi ölkələrə göndəririk. Bu yaxınlarda Uzaq Şərq ölkələrindən sifariş almağa başladıq. Çin və Yaponiya üçün əl istehsalı xalçalarımız hazırlanır. Çin üçün toxunan xalçanın xüsusi dizaynı və rəng seçimilə toxuyuruq" deyib.

Әlaqәli Xәbәrlәr