Türkiyənin ABŞ və Çinə ixracında artım olub

Türkiyənin ABŞ və Çinə ixracı yeni növ koronavirüs (Covid-19) epidemiyasına baxmayaraq  keçən il artıb.

1560327
Türkiyənin ABŞ və Çinə ixracında artım olub

Türkiyənin ABŞ və Çinə ixracı yeni növ koronavirüs (Covid-19) epidemiyasına baxmayaraq  keçən il artıb.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin ABŞ-a 2019-cu ildə 7 milyard 893 milyon 415 min dollarlıq ixracı 12,2 faiz artımla 2020-ci ildə 8 milyard 859 milyon 344 min dollara yüksəlib.

Çinə reallaşan ixrac 2,8 artaraq 2 milyard 582 milyon 580 min dollardan 2 milyard 654 milyon 539 min dollara çıxıb.

ABŞ-a keçən il ən çox ixracı 951 milyon 71 min dollarla avtomobil sektoru reallaşdırıb.

Avtomobil sənayesini 932 milyon 355 min dollarla xalçalar, 835 milyon 823 min dollarla kimyəvi maddələr və məhsullar, 793 milyon 627 min dollarla hazır geyim və geyim məhsulları, 784 milyon 227 min dollarla müdafiə və aviasiya sənayesi izləyib.

Keçən il Çinə ən çox ixrac 1 milyard 290 milyon 658 min dollar mədənçilik məhsulu ilə reallaşıb.

Bu sektorun ardınca ölkəyə 299 milyon 140 min dollara kimyəvi maddələr və məhsullar, 202 milyon 507 min dollara dəmir və bundan başqa metallar, 110 milyon 807 min dollara elektrik elektronikası, 90 milyon 80 min dollara mebel kağızı və meşə məhsulları ixrac edilib.



Әlaqәli Xәbәrlәr