Dünyanın ən varlı insanı
“SpaceX” və “Tesla” texnologiya nəhənglərinin sahibi İlon Mask dünyanın ən varlı insanı olub.

“SpaceX” və “Tesla” texnologiya nəhənglərinin sahibi İlon Mask dünyanın ən varlı insanı olub. O, varlı insanların reytinqində Ceff Bezosu da keçib.
“Bloomberg”in bununla bağlı yaydığı məlumatda bildirilib ki, elektromobil bazarındakı qiymət artımı hazırda 4,8% təşkil edir və bu, “Tesla” sahibinin milyarderlərin reytinqindəki mövqeyinin ilk pilləyə qalxmasına imkan verib. Tender hazırda da davam edir.
Məlumata görə, onun sərvəti 188,5 milyard dollar qiymətləndirilir, Bezosun sərvəti isə ondan 1,5 milyard dollar azdır.
“Amazon”un sahibi 2017-ci ilin oktyabr ayından bəri reytinqə başçılıq edirdi. Maskın sərvətinin son bir ildə 150 milyard dollar artdığı deyilir.
Qeyd edək ki, dünyanın ən varlı 500 insanının 2020 ümumi varidatı 1,8 trilyon dollar artıb.
"Bloomberg" milyarderlər indeksinə əsasən, dünyanın ən varlıları yeni növ koronavirusun (Vocid-19) kölkəsində keçən 2020-ci ildə varidatlarına varidat qatıblar.
2021-ci ilin ilk günündə aktual hala gətirilən siyahıya görə, "Covid-19" epidemiyasına baxmayaraq 2020-ci ildə milyarderlər siyahısına daxil olanların varidatlarındakı cəmi artım 31 fazə çıxıb. Bu artımın 8 ildir yayılan indeksin tarixindəki ən yüksək artım olduğu qeyd edilib.
Әlaqәli Xәbәrlәr
ABŞ-ın “Covid-19”la bağlı trilyon dollarlıq iqtisadi dəstək paketi
Səsvermə 11 saat 50 dəqiqəlik müddətiylə senat tarixində rekord qırıb

Türkiyә fevral ayında dәri mәhsulları ixracından 120 milyon dollardan çox gәlir әldә edib
Türkiyәdә fevral ayında dәri vә dәri mәhsullarından 129 milyon 641 min dollar gәlir әldә edilib.