Meyvə və tərəvəz ixracında rekord artım

Türkiyənin yanvar-noyabr aylarında meyvə və tərəvəz ixracında 22% artım qeydə alınıb

1541616
Meyvə və tərəvəz ixracında rekord artım

Aralıq dənizi İxracatçılar Birliyinin yaydığı açıqlamada: Yanvar-noyabr aylarında təzə meyvə və tərəvəz ixracı ötən ilin müvafiq dövrünə müqayisədə kəmiyyət baxımından təxminən 8%, dəyər baxımından 22 faiz artıb. Keçən ilin 11 ayında 1 milyard 909 milyon 997 min dollarlıq təzə meyvə və tərəvəz ixrac edilərkən, bu ilin müvafiq dövründə ixrac həcmi 2 milyard 325 milyon 821 min dollara çatıb. Mevə və tərəvəz İxracının 48 faizi Müstəqil Dövlətlər Birliyinə, 31%-i Avropa İttifaqına, yüzdə 12-si Yaxın Şərq ölkələrinə reallaşdırılıb. Türkiyənin yaş meyvə və tərəvəz ixrac etdiyi ölkələrin başında Rusiya Federasiyası iştirak edir. Yanvar-noyabr aylarında Rusiyaya 778 milyon 297 min dollarlıq məhsul ixrac edilərkən bu ölkəni 233 milyon 710 min dollarla Almaniya, 175 milyon 121 min dollarla İraq, 151 milyon 460 min dollarla Ukrayna və 148 milyon 50 min dollarla Rumıniya izləyib. Türkiyənin təzə meyvə və tərəvəz mərkəsi hesab edilən Mersin 11 ayda 537 milyon 813 min dollarlıq məhsul ixrac edərək, ölkəmizdə xaricə ixrac reallaşdıran şəhərlərin başında qərarlaşıb. Bu vilayətimizi Antalya, Hatay, İzmir və Trabzon izləyib.



Әlaqәli Xәbәrlәr