Ukraynalılar üçün güvənli tətilin ünvanı yenə Türkiyə oldu

Türkiyə ilə Ukrayna arasında yeni bir növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində fasilə verilən təyyarə səfərləri təşkil edildi.

1446996
Ukraynalılar üçün güvənli tətilin ünvanı yenə Türkiyə oldu

Türkiyə ilə Ukrayna arasında yeni bir növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində fasilə verilən təyyarə səfərləri təşkil edildi.
Ukraynanın Xarkov şəhərindən hərəkət edən "SkyUp" hava yollarına aid içində 189 sərnişinin olduğu təyyarə Türkiyə vaxtı ilə saat 02:10-da Antalya hava limanına eniş edib.
"Covid-19" ilə əlaqədar ciddi tədbirlərin görüldüyü hava limanına gələn turistlər ailələri və ya dostları ilə birlikdə maska taxaraq təyyarədən düşüblər və termal kameralarından keçiblər.
Müəyyən nöqtələrə yerləşdirilən dezinfeksiyaedici maddələrlə əllərini dezinfeksiya edən turistlər pasport və çamadan sonra servislə qalacaqları otellərə aparılıblar.
Digər tərəfdən, Ukraynanın Antaliyadakı konsulu Viacheslav Xomenko turistlərin artıq Antalyaya gəlməyə başladıqlarını, həyatın normallaşdığını söyləyib.
Hər kəsin qaydalara riayət etməsini istəyən Xomenko "Türkiyə "Covid-19" üçün çox sərt tədbirlər gördü. Bütün bu turistlərin bu qaydalara riayət etməsini istəyirik. Ukraynalılar Antalyanı çox sevirlər. Hər il Ukraynadan gələn turist sayında 20 faiz artım olur. Türkiyə destinasiyası çox etibarlı, otelləri çox keyfiyyətlidir" ifadələrini səsləndirib. 



Әlaqәli Xәbәrlәr