Avropada avtomobil satışları artan tək ölkə

Yeni tip korona virusu (Covid-19) epidemiyası bir çox sektora mənfi təsir etdiyi kimi, xüsusilə avtomobil satışı ən çox zərər çəkən sektorların başında gəlir

1439478
Avropada avtomobil satışları artan tək ölkə

 

  Türkiyə bu ilin yanvar-may dövründə 2019-cu ilin eyni dövrülə müqayisədə Avropada avtomobil satışları artan tək ölkə olub və bu siyahıda 24 Avropa ölkəsini geridə buraxıb.

  Yeni tip korona virusu (Covid-19) epidemiyası bir çox sektora mənfi təsir etdiyi kimi, xüsusilə avtomobil satışı ən çox zərər çəkən sektorların başında gəlir.

  Epidemiyanın mənfi təsirləri qlobal olaraq avtomobil istehsalı və satışlarına zərərsiz ötüşməyib.

  Avtomobil satışlarında Avropada böyük itkilər yaşanmasına baxmayaraq, Türkiyədə virusa düzgün nəzarət edilməsilə bağlı atılan addımlar avtomobil satışlarında ölkəni ilk sıralara aparıb.

  Avropa avtomobil bazarı 2020-ci ilin ilk 5 ayında 2019-cu ilin eyni dövrünə görə 42,8 faiz daralarkən, Türkiyə avtomobil bazarı 21,7 faiz böyüyüb.

  Satışda ən çox eniş sırasında 55,8 faizlə Horvatiya, 54,2 faizlə İspaniya və 51,4 faizlə İngiltərə gəlir.

  Avropanın lokomotiv ölkəsi Almaniyada avtomobil bazarı 35, Fransada 48,5, İtaliyada 50,4 və Belçikada 35,7 faizlə geriləyib.



Әlaqәli Xәbәrlәr