TAP boru kəmərinin dəniz hissəsinin inşası tamamlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəmərinin dəniz hissəsinin inşası yekunlaşıb.

1433381
TAP boru kəmərinin dəniz hissəsinin inşası tamamlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəmərinin dəniz hissəsinin inşası yekunlaşıb.

Boru kəmərinin operatoru olan TAP AG şirkətinin məlumatına görə, TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. Bu mərhələ “Saipem” şirkətinin “Castoro Sei” sualtı borudüzən gəmisi tərəfindən 36 düymlük boruların dənizdə quraşdırılması, Albaniya sularındakı qurudakı infrastrukturla dəniz üstü bağlantının qurulması, həmçinin xəttin təhlükəsizliyi və əməliyyat üçün hazır olmasını təmin etmək üçün hidrosınaqları əhatə edib.

İtaliya və Albaniya sahillərini birləşdirən fəaliyyətlər bu il yanvarın ortalarında boruların “Castoro Sei” gəmisi ilə qaynaqlanması və sınaqdan keçirildikdən sonra İtaliya sahillərindən Albaniyaya doğru Adriatik dənizinin dibinə yerləşdirilmsi ilə başlayıb.

TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri tamamlanıb. 

TAP-ın Yunanıstan hissəsində torpaq örtüyünün bərpası işləri yekunlaşır. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq.

TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada isə (8 kilometr) boruların tikintisinə başlanılıb. 

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. 

Qeyd edək ki, TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).



Әlaqәli Xәbәrlәr