Türkiyə Neftləri Anonim Ortaqlığı şirkəti Şərqi Aralıq dənizində

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz deyib...

1431821
Türkiyə Neftləri Anonim Ortaqlığı şirkəti Şərqi Aralıq dənizində

 

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz Türkiyə Neftləri Anonim Ortaqlığı (TP) şirkətinin Liviyada neftarama və istehsal işləri üçün lisenziya müraciəti etdiklərini bildirib.

  TRT (Türkiyə Radio Televiziya Qurumu) proqramında müsahibəsində nazir sözügedən mövzu ilə bağlı deyib: "Liviya ilə bağladığımız müqavilə çərçivəsində 7 lisenziya sahəsi müəyyənləşdirdik. Bu yöndə işlər və elan müddəti təxminən 3 ay sürəcək. 3-4 ay ərzində seysmik axtarışlar aparacağıq. Buradan alınan məlumatları dəyərləndirdikdən sonra yatağı təyin edəcəyik.

  Türkiyə Şərqi Aralıq dənizində 6 qazma işini tamamlayıb, "Yavuz" qazma gəmisinin “Səlcuqlu-1” yatağında yeddinci qazma işləri davam edir.

  Şərqi Aralıq dənizində Türkiyə Neftləri Anonim Ortaqlığı şirkətinin Şimali Kipr Türk Respublikasından aldığı lisenziya sənədləri əsasında qazma işləri başlayıb.

  Türkiyə Neftləri Anonim Ortaqlığı şirkəti yaxın coğrafiyada neft axtarış-arama və istehsal edən güclü bir oyunçu olur.

  Epidemiyadan əvvəl Əlcəzairlə də bir iş planlaşdırmışıq və görüşlər davam edir.

  Türkiyə Afrikada da müxtəlif sahələrə sərmayələr qoyub. Başda olan mədən işləri kəşfiyyat və araşdırma mərhələsindədir”.



Әlaqәli Xәbәrlәr