"Neft qiymətlərinin 40 dollar ətrafında dəyişəcəyi proqnozlaşdırılır", M.Arkab

Əlcəzairin Energetika naziri və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sədri Məhəmməd Arkab açıqlama verib.

1405964
"Neft qiymətlərinin 40 dollar ətrafında dəyişəcəyi proqnozlaşdırılır", M.Arkab

Əlcəzairin Energetika naziri və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sədri Məhəmməd Arkab 2020-ci ilin ikinci yarısında neft qiymətlərinin bir barel üçün 40 ABŞ dolları ətrafında dəyişəcəyini düşünüklərini bildirib. 
Arkab Əlcəzair dövlət radiosuna verdiyi açıqlamada son günlərdə yeni növ koronavirus səbəbindən kəskin bir düşüş yaşanan neft qiymətlərinin yaxın günlərdə bərpa olunacağını gözlədiklərini söyləyib.
Onun sözlərinə görə, bir həftə əvvəl ciddi bir azalmadan sonra "bazarlar müsbət siqnallar verməyə başladı". Proqnoza görə, may-iyun aylarında "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) yeni razılaşmasının icrası nəticəsində dünya qiymətləri orta hesabla 35 dollaradək artacaq.
Arkab, keçən həftə baş verən böyük düşmədən sonra neft bazarının ötən günlərdə müsbət siqnallar verdiyinə diqqət çəkdi. OPEC və bəzi qeyri-OPEC istehsalçı ölkələri aprelin 10-da əldə etdikləri razılaşma ilə neft hasilatında ciddi bir məhdudiyyət qoyulmasına qərar verdilər. 
Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində isə Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2,54 % azalaraq 1 barelə görə 24,18 dollar təşkil edib.



Әlaqәli Xәbәrlәr