Koronavirus pandemiyasının qlobal iqtisadiyyatdakı mənfi təsirləri

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva açıqlama verib.

1395038
Koronavirus pandemiyasının qlobal iqtisadiyyatdakı mənfi təsirləri

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran 1930-cu illərdə baş verən "Böyük Depressiya"dan sonra ən böyük iqtisadi tənəzzüldür və bu pandemiya 2020-ci ilin iqtisadi artımına kəskin mənfi təsir göstərir".

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva deyib.

Georgieva 2020 Yaz iclaslarından əvvəl "Böhranla üzləşmə: Qlobal İqtisadiyyat üçün prioritetler" başlıqlı çıxışında bildirib ki, bu böhran ən ağır zərbəni inkişaf etməkdə olan bazarlara və ölkələrə vuracaq: "Bu ölkələrin iqtisadiyyatının yenidən özünü bərpa etməsi üçün yüz milyardlarla dollarlıq xarici köməyə ehtiyac duyulacaq. Cəmi üç ay əvvəl, 2020-ci ildə üzv ölkələrin 160-da adambaşına düşən gəlirin artacağını gözləyirdik. Bu gün bu rəqəm tam tərsinə çevrilib. İndi 170-dən çox ölkədə bu il adambaşına düşən gəlir artımının mənfi olacağını proqnozlaşdırırıq. Bu pandemiya 2020-ci ilin iqtisadi artımına kəskin mənfi təsir göstərir. Vəziyyətin daha da pisləşmə ehtimalı var".

Qeyd edək ki,1929-cu ildə başlayan və 1930-cu illər boyunca davam edən Böyük Böhran Şimali Amerika və Avropanı mərkəzində saxlamasınada baxmayaraq, dünyanın qalan hissəsində də dağıdıcı təsirini göstərmişdi.



Әlaqәli Xәbәrlәr