G20 ölkələri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə etdilər

G20 ölkələrinin maliyyə nazirləri koronavirusun dünya iqtisadiyyatına təsirlərini aradan qaldırmaq üçün ümumi strategiyanın hazırlanması barədə razılığa gəliblər.

1384173
G20 ölkələri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə etdilər

G20 ölkələrinin maliyyə nazirləri koronavirusun dünya iqtisadiyyatına təsirlərini aradan qaldırmaq üçün ümumi strategiyanın hazırlanması barədə razılığa gəliblər.

G20 ölkələrinin maliyyə nazirləri yeni növ koronavirusla mübarizədə təqib ediləcək yol xəritəsini (Covid-19) müzakirə etmək üçün telekonfrans keçiriblər.
Yığıncağa Yaponiya Mərkəzi Bankının sədri Haruhiko Kuroda ilə birlikdə qatılan Yaponiyanın maliyyə naziri Taro Aso daha sonra jurnalistlərə açıqlamasında G20 ölkələrinin epidemiyanın iqtisadiyyatlara təsiri və yaratdığı humanitar faciə barədə ciddi səviyyədə narahat olduqlarını bildirib.
G20 ölkələrinin böhranın aradan qaldırılmasında mühüm rolunun olduğunu vurğulayan Aso bütün lazımi tədbirləri görməkdə qətiyyətli olduqlarını bir daha dilə gətirib.
Aso koronavirusu dərmanlarının inkişafının mövcud vəziyyətin həllində açar rolu olduğunu vurğulayıb. 
Prosesin səmərəli olması üçün ölkələri əməkdaşlığa çağıran Aso zəruri maliyyə tədbirləri görən ölkələrin əhəmiyyətinə də toxunub.
G20-yə üzv ölkələrin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi təşkilatlarla əməkdaşlıqda səhiyyə problemləri ilə əlaqəli ölkələrə dəstək verməli olduqlarını bildirən Aso G20 liderlərinin yaxın günlərdə telekonfrans keçirməyə hazırlaşdıqlarını da açıqlayıb.



Әlaqәli Xәbәrlәr