Türkiyənin ayaqqabı ixracında rekord artım qeydə alındı

Türkiyənin ayaqqabı ixracında 2019-cu ildə bir əvvəlki ilə müqayisədə 11,2 faiz artım qeydə alınıb.

1352052
Türkiyənin ayaqqabı ixracında rekord artım qeydə alındı

Türkiyə keçən il 277 milyon cüt ayaqqabı ixrac edib. Bu rəqəm 2018-də 249 milyon cüt olub. İxracatçıların bu satışlardan əldə etdikləri gətir isə 891 milyon dollardan 932 milyon dollara çatıb. Keçən il ayaqqabı ixrac edilən ölkələrin başında Rusiya iştirak edib. Bu ölkəyə 106 milyon dollarlıq ixracat reallaşdırılıb. Rusiyanı isə 70 milyon dollar ilə İraq və 59 milyon dollar ilə Almaniya 47 milyon dollarla Səudiyyə Ərəbistanı və İspaniya izləyib.

Sırası ilə Rumıniya, Liviya, İtaliya, İngiltərə də Türkiyədən ayaqqabı satın alan ölkələr arasında iştirak edir.

2019-cu ildə ayaqqabı ixracında ən çox artım geydən alınan ölkə 168% ilə Çin olub.

 



Әlaqәli Xәbәrlәr