Rusiyaya pomidor ixracı 2019-cu ildə 186 faiz artıb

Türkiyədən Rusiyaya reallaşan pomidor ixracı 2019-cu ildə əvvəlki illə müqayisədə 186 faiz artaraq 86 milyon 53 min dollara çıxıb.

1348214
Rusiyaya pomidor ixracı 2019-cu ildə 186 faiz artıb

Türkiyədən Rusiyaya reallaşan pomidor ixracı 2019-cu ildə əvvəlki illə müqayisədə 186 faiz artaraq 86 milyon 53 min dollara çıxıb.

Cənub-Şərqi Anadolu İxracatçı Birliklərinin məlumatına əsasən, 2018-ci ildə cəmi olaraq müxtəlif ölkələrə 291 milyon 855 min dollarlıq pomidor ixrac edilib.

2019-cu ildə isə bir əvvəlki ilin rəqəmlərini keçərək 56 ölkəyə edilən ixracatda 304 milyon 513 min dollarlıq gəlir əldə edilib.  

Ən çox pomidor ixracı edilən ölkələrin başında isə Rusiya yer alıb.

Türkiyə Rusiyaya 2018-ci ildə 30 milyon 625 min dollarlıq pomidor ixracı reallaşdırıb.

Rusiyaya pomidor ixracı 2019-cu ildə əvvəlki illə müqayisədə 186 faiz artaraq 86 milyon 53 min dollar olub.

Rusiyanı 36 milyon 409 min dollarla Ruminıya və 30 milyon 19 min dollarla Ukrayna təqib edib.


Etiketlәr: #pomidor ixracı

Әlaqәli Xәbәrlәr