SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək

Azərbaycan Prezident İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Bakıda grüş keçiriblər.

1325687
SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək
Zelenskiy-Aliyev.jpg

SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək.

Bu sözləri dekabrın 17-də Azərbaycan Prezident İlham Əliyev Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, 4 neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”, - deyə Azərbaycan Prezidenti qeyd edib. 

Ukrayna Prezidenti Zelensky də Azərbaycan ilə Ukraynanın çətin anlarda bir-birini dəstəklədiyini və Azərbaycanın hər zaman Ukrayna üçün etibarlı dost və strateji tərəfdaş olduğunu vurğulayıb.

Zelenskiy Azərbaycan şirkətlərini Ukraynada özəlləşdirmədə fəal iştirak etməyə dəvət edərək deyib:

"SOCAR 10 ildir ki, Ukraynada uğurla fəaliyyət göstərir. Neft və təbii qaz məhsullarının istehsalı və nəqlini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik".

Zelenskiy iki ölkə arasında nəqliyyat və hava nəqliyyatı sahələrində əməkdaşlığı gücləndirmək qərarına gəldiklərini, habelə Əliyevlə təyyarə istehsalı haqqında da danışdıqlarını bildirib.

Zelensky eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqindəki münaqişələr barədə də danışıqlar apardıqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr