Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Rusiya mərkəzi bankı 2014-cü ilin dekabrından bəri ilk dəfə uçot dərəcəsini 6,5 faizə endirdi.

1294826
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Bankdan yayılan açıqlamada, uçot dərəcəsinin 0,5% faiz endirilməsinə gözləntilərə uyğun olaraq inflyasiya nisbətindəki artım səbəb göstərilib.

Açıqlamada bildirilib ki, ölkədə inflyasiya riski davam edir. Rusiya iqtisadiyyatının böyümə nisbiti isə proqnozun altında qalıb.

Rusiyanın il sonu etibarıyla inflyasiya nisbətinə dair proqnozun 4% ilə 4.5% -dan 3 ilə 3,7-ə endirildiyi ifadə edilən açıqlamada, növbəti iclaslarda uçot dərəcəsini endirməkdə davam ediləcəyi və 2020-ci ilin ilk altı ayında tədbiq edilən sərt maliyyə siyasətindən imtina edilərək daha neytral siyasətə keçiləbiləcəyi bildirilib.

Bankın 2019-cu ildə Rusiya iqtisadiyyatı üçün böyümə proqnozu 0,8- 1,3 faiz səviyyəsində qaldıqda sərmayə çıxışına dair təxminlər isə 40 milyard dollardan 37 milyard dollara endirildi.

Qeyd edək ki, Mart 2014-cü ildə sanksiyalar və neft qiymətinin ucuzlaması səbəbindən siyasət faizi eyni ilin dekabr ayında 17% çıxarılmışdı. 2015-ci ilin ilk ayından sonra uçot dərəcəsini mərhələli olaraq endirən Rusiya Mərkəzi Bank cari ilin sentyabr ayında faiz nisbətini %7-ə qədər endirdi.



Әlaqәli Xәbәrlәr