Turistlər geyim və ayaqqabıya 1 milyard 548 milyon dollar xərclədi

Türkiyə Statistik Təşkilatı (TÜİK) məlumatlarına görə...

1247479
Turistlər geyim və ayaqqabıya 1 milyard 548 milyon dollar xərclədi

  Türkiyəyə gələn əcnəbi turistlər və xaricə gedən ölkə vətəndaşları bu ilin ilk yarısında geyim və ayaqqabıya 1 milyard 548 milyon dollar xərcləyib.

  Türkiyə Statistik Təşkilatı (TÜİK) məlumatlarına görə, ilin ilk yarısında tətilini Türkiyədə keçirən turistlərin 9 milyard 663 milyon dolları fərdi, 2 milyard 940 milyon dolları isə da paket turizm xərclərinə getməklə ümumi 12 milyard 603 milyon dollar olub.

  Turistlər pullarının 4-də 1 faizini - 2,5 milyard dollarını Türkiyəiçi və beynəlxalq tranzit, 2 milyard 400 milyonunu isə yemək-içməyə xərcləyib.

  Turistlərin yerləşmə xərcləri 1 milyard 438 milyon, səhiyyə xərcləri 537 milyon dollar olaraq hesablanıb.

  Türkiyədə idman, təhsil və mədəniyyət üçün turistlərin xərclədiyi məbləğ 152 milyon dollar ikən dövri xidmətlər üçün 51 milyon dolları keçib.



Әlaqәli Xәbәrlәr