Antalyaya bir ayda 2 milyon 450 min 650 əcnəbi turist gəldi

Dünyanın ən əhəmiyyətli destinasiyalarından biri olan Antalyaya bir ayda 2 milyon 450 min 650 əcnəbi turist gəldi, Antalya Hava Limanına isə saatda 20 təyyarə eniş etdi.

1246385

Antalya Hava Limanı Mülki İdarənin məlumatına əsasən, Antalya Hava Limanına 1-30 iyul 2019-cu il tarixlərində yerli xətlərə 2 min 188, xarici xətlərə isə 12 min 84 olmaqla cəmi 14 min 272 təyyarə gəldi.

Hava limanında yerli və xarici xətlərin terminallarına təqribən 20 təyyarə eniş etdi.

Yerli və xarici xətlərin terminallarına bir ayda eniş edən və qalxan təyyarə sayı isə 28 min 504 olaraq reallaşdı.

İyul ayında yerli xətlərdən 2 min 120, xarici xətlərdən isə 12 min 112 təyyarə qalxdı.

Sərnişin statistikasına görə isə, xarici xətlər terminalından şəhərə gələn turist sayı 1-30 iyulda 2 milyon 450 min 650 oldu.

Gündəlik olaraq ən çox əcnəbi turistin gəldiyi gün isə 92 min 334 nəfər ilə 28 iyuldur.

Digər tərəfdən 1 yanvar-30 iyulda xarici xətlərdən Antalyaya gələn turist sayı 7 milyon 913 min 130 olmuşdur.

Әlaqәli Xәbәrlәr