Türkiyədən Gürcüstana BTQ vasitəsilə yük daşımalarına başlanıldı

Türkiyədən Gürcüstana gedən ilk ixrac yük qatarı dünən Ərzurumda keçirilən mərasimlə Gürcüstana yola düşdü.

1241296
Türkiyədən Gürcüstana BTQ vasitəsilə yük daşımalarına başlanıldı

Türkiyədən Gürcüstana gedən ilk ixrac yük qatarı dünən Ərzurumda keçirilən mərasimlə Gürcüstana yola düşdü.
 
 Mərasimdə Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (TCDD) baş direktoru Əli İhsan Uyqun, Gürcüstan Dəmir Yollarının baş direktoru David Peradze, TCDD Daşınma AŞ və Sakit Okean Avrasiya Logistika Şirkətinin rəsmiləri və Ərzurum valiliyinin rəsmiləri iştirak etdilər.
 
TCDD baş direktoru Əli İhsan Uyqun mərasimdə çıxış edərək son illərdə əhəmiyyəti artan dəmir yolu sektoruna qlobal miqyasda böyük sərmayələr qoyulduğuu bildirdi. 
 
 Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu layihəsinin həyata keçirilməsinə çox əhəmiyyət verdiklərini bildirən Uyqun 2017-ci ildə xidmətə açılan bu xətt üzərindən bu günə qədər Türkiyə, Azərbaycan və Qazaxıstan arasında yük daşındığını dilə gətirdi.
 
 Tarixi və mədəni bağların olduğu dost və qardaş  Gürcüstanın Dəmir Yolu İdarəsi ilə keçirilən görüşdən sonra  17 iyunda əməkdaşlığa dair sazişin imzalandığını xatırladan TCDD baş direktoru: "Yola saldığımız qatar da bu müqavilənin konkret nəticəsi və ilk bəhrəsidir" dedi.
 
 Uyqun şüşə sənayesində istifadə edilən soda külü və polad sənayesində istifadə edilən dəmir filizi daşıyacaq bu qatarın Türkiyə ilə Gürcüstan arasında yük daşıyacaq ilk ixrac qatarı olma xüsusiyyətini də daşıdığını söylədi.
 
Gürcüstan Dəmir Yollarının baş direktoru David Peradze isə: " Bu gün Gürcüstan və Türkiyə üçün tarixi bir gündür. Layihədə əməyi keçənlərə təşəkkür edirəm" dedi.



Әlaqәli Xәbәrlәr