Argentina və Braziliya "peso real"a keçir

Argentina və Braziliya vahid valyutadan istifadə imkanlarını nəzərdən keçirir.

1214708
Argentina və Braziliya "peso real"a keçir

  “Globo” qəzetinin yaydığı məlumata görə, müvafiq plan Buenos-Ayresdə səfərdə olmuş Braziliya prezidenti Jair Bolsonaru və ölkənin İqtisadiyyat naziri Paulu Qedes tərəfindən Argentinanın işgüzar dairələri ilə görüşləri zamanı səsləndirilib.

  Belə iqtisadi layihə əvvəllər də müzakirə olunub. İşgüzar dairələrdə olan mənbənin sözlərinə görə, bu, iki ölkənin siyasi mövqelərinin yaxınlaşmasının təbii davamıdır.

  Gələcək valyutanın adı – peso real Cənubi Amerika dövlətlərinin hazırkı pul vahidlərinin adlarından (peso – Argentinanın, real – Braziliyanın valyutasıdır) götürülüb. Bu məsələ barədə danışıqların işgüzar birliklər xətti üzrə qarşılıqlı fəaliyyətin mexanizmləri çərçivəsində davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr