Moskva birjası tarixi rekordunu yenilədi

Rusiyada Günün ilk saatlarında Moskva Fond Birjası indeksi tarixi rdekordunu yeniləyərək 2600-ə yüksəldi.

1205397
Moskva birjası tarixi rekordunu yenilədi

Məlumata görə Moskva Fond birjasındakı tarixi rekorda Amerika Birləşmiş Ştatları (ABŞ) Ticarət Nazirliyinin Huawei şirkətinə tətbiq edilən kommersiya məhdudlaşdırmaların bəzilərini 90 gün təxirə saldığını açıqlaması və neftin bir barelinə qiymətin 72 dollara çatması təsirli olub. Bildirilir ki Moskva Fond Birjası indeksi günün ilk yarısında 1,1% dəyər qazanıb. Tarixdə ilk dəfə 2.600 indeksini görən Moskva Birjası indeksi beləliklə rekord qırarkən, RTS indeksi də 0,8% artımla 1.267 xala çatıb.

Rus neft və təbii qaz şirkətlərinin qiymətli kağızlarında da əhəmiyyətli artımlar qeydə alınıb. Qazpromun səhmləri günün ilk yarısında 2,5, Tatneftin 2%, Lukoilin 2,1% və Novatekin kağızları 1,6 dəyər qazanıb.

Analitiklərə görə birjanın yüksəlməsində neft qiymətlərindəki artımdan başqa Rusiyaya istiqamətli xarici təzyiqlərin olmaması da təsirli olub.

 



Әlaqәli Xәbәrlәr