Antalya öz əhalisinin sayı qədər turisti qonaq etdi

2,5 milyona yaxın əhalisi olan və Türkiyənin turizm paytaxtı kimi tanınmış Antalyaya 4,5 ay ərzində 178 ölkədən 2 milyon 347 min 152 turist gəldi.

1202575
Antalya öz əhalisinin sayı qədər turisti qonaq etdi
antalya konyaalti.jpg
Antalya10.jpg
antalya.jpg
7-terazi-kemer,uLRwOQhMakqD_RLIYCFqzw.jpg
yuzme yarislari alanya.jpg

2,5 milyona yaxın əhalisi olan və Türkiyənin turizm paytaxtı kimi tanınmış Antalyaya 4,5 ay ərzində 178 ölkədən 2 milyon 347 min 152 turist gəldi.

Antalya vilayətinin Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, dünyanın ən əhəmiyyətli turizm destinasiyası arasında yer alan şəhərə  1 yanvar ilə 15 may arasında gələn turist sayında kəçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım qeydə alınıb.

Keçən il ilk 4,5 ay ərzində 891 min 428 xarici turisti qonaq edən Antalyaya bu il eyni dövrdə 178 ölkədən 2 milyon 347 min 152 turist gəlib.

Bununla da şəhər öz əhalisinin sayı qədər turisti qonaq edib.

Antalyaya gələn turistlərin ən çoxu isə Rusiyadandır.

Rus turist sayı kəçən illə müqayisədə 30 faiz artaraq 819 min 406 olub.

İkinci yerdə 475 min 198 turistlə Almaniya, sonra isə 140 min 606 turistlə İngiltərə qərarlaşıb.

İngiltərəni isə sırası ilə Hollandiya, Ukrayna, Polşa, Litva, İsrail, Belçika və Danimarka təqib edib.



Әlaqәli Xәbәrlәr