Ukrayna Rusiyadan qaz almamaqda israrlıdır

Ukraynanın dövlət qaz şirkəti “Ukrtransqaz”dan verilən məlumata görə...

1196133
Ukrayna Rusiyadan qaz almamaqda israrlıdır

  Ukrayna 2019-cu ilin ilk dörd ayında Avropadan təxminən 2,4 milyard kubmetr qaz alıb. Bu, ölkənin Avropa İttifaqı ölkələrindən idxal etdiyi qazın miqdarının 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artması deməkdir.  

  Ukraynanın dövlət qaz şirkəti “Ukrtransqaz”dan verilən məlumatda bildirilir:

  "Ölkə təxminən 3,5 ildir ki, Rusiyadan qaz almır. 2019-cu ilin ilk dörd ayında Slovakiyadan 1,2 milyard, Polşadan 400 və Macarıstandan isə 700 milyon kubmetr qaz idxal edilib.

  Sözügedən dövrdə Rusiyanın Ukrayna ərazisi ilə Avropaya göndərdiyi təbii qazın miqdarı artıb. 2019-cu ilin ilk dörd ayında Ukrayna üzərindən Avropaya göndərilən təbii qazın miqdarı 2018-ci illə müqayisədə 6 faiz artaraq 29,3 milyard kubmetr olub".

  Qeyd edək ki, Ukrayna 2015-ci ilin noyabrından Rusiyadan qaz idxalını dayandırıb. İki ölkə arasındakı qaz təminatı və Rusiya qazının Ukrayna üzərindən Avropaya göndərilməsinə dair müqavilə 2019-cu ilin sonunda başa çatacaq.



Әlaqәli Xәbәrlәr