Ukraynanın Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qərarı

Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalarını genişləndirməyi nəzərdə tutan müvafiq qərarı təsdiqləyib.

1180727
Ukraynanın Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qərarı

Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalarını genişləndirməyi nəzərdə tutan müvafiq qərarı təsdiqləyib.

Bu barədə Ukrayna Baş nazirinin birinci müavini, İqtisadi İnkişaf və Ticarət naziri Stepan Kubiv deyib.

Kubiv hökumət üzvlərinin “Ukraynanın gömrük məkanına gətirilməsi qadağan olunmuş Rusiya mənşəli malların siyahısına dəyişikliklər haqqında” qərarın lehinə səs verdiklərini açıqlayıb.

İqtisadi İnkişaf və Ticarət Nazirliyi Rusiyadan alınan dəmir yolu işlərində istifadə olunan elektron material, avtomotlaşdırma və xəbərləşmə cihazı, vagonlar üçün bir sıra ehtiyat hissələrini də sanksiya siyahısına salındığını bildirib. 

Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki böhrana görə rəsmi Kiyev 2014-cü ildən bəridir Moskvaya qarşı müxtəlif iqtisadi sanksiyalar tətbiq edilməsinə dair qərarları qüvvəyə mindirmişdi. 



Әlaqәli Xәbәrlәr