Trabzona gələn turist sayı artmaqda davam edir

Türkiyənin və dünyanın əhəmiyyətli turizm dəyərlərinə sahib Trabzonda 2002-2018-ci illərdə turist sayı təxminən 4,5 dəfə artıb.

1107032
Trabzona gələn turist sayı artmaqda davam edir
trabzon son bahar (2).jpg
trabzon son bahar (7).jpg
trabzon son bahar (3).jpg
uzungöl.jpg
uzungöl 2.jpg
uzungöl buz tuttu3.jpg

Türkiyənin və dünyanın əhəmiyyətli turizm dəyərlərinə sahib Trabzonda 2002-2018-ci illərdə turist sayı təxminən 4,5 dəfə artıb.

 Trabzon 2002-2018-ci illərdə 13 milyon 996 min 771-i yerli, 3 milyon 215 min 859-u xarici olmaq üzrə 17 milyon 212 min 630 turisti qonaq edib.

Trabzon Mədəniyyət və Turizm müdiri Əli Ayvazoğlu şəhəri 2002-ci ildə 325 min 176-sı yerli, 27 min 870-i xarici olmaq üzrə 353 min 46 nəfərin gəzdiyi deyib.

 Ayvazoğlu Sümela monastırı, Uzungöl kimi mühüm turizm dəyərlərinə ev sahibliyi edən şəhərdə 35 min 404 yerlə 92-si turizm müəssisəsi və investisiya sənədli olmaq üzrə 597 obyekt olduğunu xatırladaraq, Trabzonun bu il 148 ölkədən turistə ev sahibliyi etdiyini dilə gətirib.

Keçən il Trabzona 372-si Səudiyyə Ərəbistanı, 225-i Almaniya və 135-i Birləşmiş Ərəb Əmirliklərindən olmaqla 869 xarici reysin reallaşdığını vurğulayan Ayvazoğlu bu ilin 11 ayında isə 418-i Səudiyyə Ərəbistanı, 256-sı Almanya, 248-i Birləşmiş Ərəb Əmirlikləri, 126-sı Küveytdən olmaqla min 140 uçun olduğuna dəfə işarə edib.

Ayvazoğlu Trabzona bu ilin aprel-sentyabr dövründə gələn daxili xətt xarici sərnişin sayına dair isə deyib ki, turizm mövsümünün fəal olduğu aprel-sentyabr dövründə Səudiyyə Ərəbistandan 120 min 221, Küveytdən 19 min 961, Almaniyadan 12 min 754, Omandan 9 min 815, Qətərdən 6 min 826, İordaniyadan 4 min 560, İraqdan 3 min 912, Gürcüstandan 3 min 495, Bəhreyndən 2 min 964, Hollandiyadan 2 min 767 qonağımız oldu. Fransa, İngiltərə, Amerika, Belçika, Fələstin, Rusiya, İsveçrədən də olmaqla 148 ölkədən turisti qonaq etdik.



Әlaqәli Xәbәrlәr