Türkiyə bu ilin üç rübündə Azərbaycandan 5,1 milyard kubmetr təbii qaz idxal etdi

Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdədir.

1096475
Türkiyə bu ilin üç rübündə Azərbaycandan 5,1 milyard kubmetr təbii qaz idxal etdi

Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) yaydığı məlumata görə, cari ilin sentyabr ayında Türkiyə Azərbaycandan 749 milyon kubmetr qaz idxal edib. Sentyabrda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1 milyard 718 milyon kubmetr) sonra ikinci yeri tutub. Üçüncü yerdəki İran isə sentyabrda Türkiyəyə 494 milyon kubmetr təbii qaz göndərib.

Qeyd edək ki, bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 292,04, mayda 601 milyon kubmetr, iyunda 578 milyon kubmetr, iyulda 595 milyon kubmetr, avqustda 636 milyon kubmetr, sentyabrda isə 749 milyon kubmetr qaz idxal edib. Beləliklə ilin ilk 9 ayında Azərbaycandan Türkiyəyə təqribən 5 milyard 173 milyon kubmetr qaz göndərilib.

 



Әlaqәli Xәbәrlәr