Bolqarıstan Türkiyənin sahib olduğu iqtisadi imkanlardan istifadə etmək istəyir

Türkiyə ilə Bolqarıstan arasındakı yaxşı əlaqəlar ticarətə də öz təsirin göstərir.

1091355
Bolqarıstan Türkiyənin sahib olduğu iqtisadi imkanlardan istifadə etmək istəyir

Türkiyə ilə Bolqarıstan arasındakı yaxşı əlaqəlar ticarətə də öz təsirin göstərir.

Rəsmi Sofiya qapı qonşusu olan Türkiyənin sahib olduğu iqtisadi imkanlardan istifadə etmək istəyir.

Ölkəmizin Ticarət naziri Ruhsar Pekcan Bolqarıstanda rəsmi görüşlərini davam etdirir.

Paytaxt Sofiyada bu ölkənin Baş naziri Boyko Borisov ilə bir araya gələn Pekcan görüşdə sərhəd keçid məntəqələrində mövcud olan problemlərdən danışdıqlarını ifadə edib.

Ticarət naziri Pekcan daha sonra Xarici İqtisadi Əlaqələr Komitəsinin Sofiyada təşkil etdiyi iş forumunda etdiyi çıxışda iki ölkə arasındakı ticarət həcminin artırılmasını hədəf götürdüklərini bildirib.  

Pekcan ilə Bolqarıstanın İqtisadiyyat naziri Emil Karanikolov tərəfindən “Prezident Yatırım Ofisi ilə Bolqarıstan Yatırım Agentliyi əməkdaşlıq sazişi” imzalanıb.



Әlaqәli Xәbәrlәr