Turizmdə erkən rezervasiya tələbatları artır

2019-cu ildə turizmdə erkən rezervasiya kampaniyasında tələbatın 40% ətrafında artımı gözlənilir.

1087899
Turizmdə erkən rezervasiya tələbatları artır

 Türkiyəyə gələn yerli və xarici turistlərin sayı ilin ilk 9 ayında 2017-ci ilin eyni dövrünə görə 18,5% artımla 36 milyona çatıb.
 
 Xüsusilə, Avropadan gələn turist sayında artım davam edir. 

Bu şəkildə davam edərsə, bu ilin sonunda ölkəyə gələn turist sayı 45 milyona çatacaq.
 
 Bu rəqəm Türkiyə turizm sektorunun ən yaxşı göstəricisi olacaq.
 
 Türkiyənin turizm gəliri 9 ayda ötən ilin eyni dövrünə nisbətən 14% artaraq,  23 milyard dollar olub.
 
İstirahətin planlaşdırılmasında erkən rezervasiya həm sektor, həm də istirahət edənlər üçün böyük əhəmiyyət kəsb edir.
 
 Çünki erkən sifarişin ilk dövründə endirim faizləri 30 % ilə 50 % arasındadır.
 
 Əvvəlki illərdən fərqli olaraq, bu il erkən rezervasiya kampaniyasında  tələbatların 40% ətrafında  artımı gözlənilir.
 
 Bu il xüsusilə, mədəniyyət turları seçilir. Bu ardıcıllığın 2019-cu ildə də davam etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr