Rusiya neft hasilatını artırır

Bu barәdә Rusiyanın Energetika naziri Aleksandr Novak mәlumat verib.

1074392
Rusiya neft hasilatını artırır

"Rusiyada bu ay ərzində gündəlik neft hasilatı OPEC razılaşması çərçivəsində 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 150 min barel artıb".

Bu barәdә Rusiyanın Energetika naziri Aleksandr Novak mәlumat verib.

OPEC-ә  üzv olan vә olmayan ölkәlәr 2016-ci ilin sonunda әldә etdiklәri razılaşma ilә  gündәlik neft hasilatının 1.8 milyon barel azaldılması ilә bağlı qәrar qәbul etmişdilәr.

Rusiya әldә olunan razılaşma çәrçivәsindә gündәlik neft hasilatını 300 min barel azaldacağını bildirmişdi.

İyun ayında keçirilәn iclasda isә neft hasilatının yenidәn artırılması ilә bağlı qәrar qәbul edilmişdi vә Rusiya gündәlik neft hasılatını 200 min barel artıracağını açıqlamışdı.

Ölkәnin neft hasilatı oktyabr ayında gündәlik 11.36 milyon barel sәviyyәsindә olub.



Әlaqәli Xәbәrlәr