"Enerji sektorunda sərmayə əlaqələrini dərinləşdirməyi düşünürük", K.Bozumbayev

OPEC ölkələri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən enerji mütəxəssislərinin iştirak etdiyi WPC iclası oktyabrın 3-də başa çatacaq.

1060962
"Enerji sektorunda sərmayə əlaqələrini dərinləşdirməyi düşünürük", K.Bozumbayev

 Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev enerji sektorunda sərmayə əlaqələrini dərinləşdirməyi hədəf seçdiklərini bildirib.

  Paytaxt Astanada oktyabrın 1-də başlayan Dünya Neft Şurası (World Petroleum Council/WPC) toplantısı çərçivəsində "İnvestisiya imkanları, davamlı inkişaf üçün yeni həll" mövzulu konfrans keçirilib.

  Açılışda çıxış edən Qazaxıstanın Energetika naziri K.Bozumbayev deyib: “Neft-kimya sektoruna qoyulan investisiya ölkə iqtisadiyyatının inkişafına töhfə verir. Bugünkü Dünya Neft Şurasının iclası dünyaya yeni imkan və məlumat baxımından çox yaxşı bir fürsətdir.  

  Qazaxıstanın Atırav əyalətindəki neft-kimya bölgəsində vergi və gömrük asanlığı təmin edərək sektora investisiya cəlb etməyi düşünürük. Buna görə sektordakı proseslər sadələşdirilib, lisenziya vermə müddəti azaldılıb.

  Enerji qiymətlərindəki dalğalanma prosesində dialoq platforması olaraq Dünya Neft Şurasının (WPC) əhəmiyyəti getdikcə artır. Məqsədimiz neft və qaz sektoruna investisiya cəlb etmək, bazar infrastrukturunun inkişafı, innovasiya və enerji səmərəliliyini artırmaqdır.

  Enerji sahəsində böyük tərəfdaşlarımızla investisiya əlaqələrini dərinləşdirməyə qərarlıyıq."

  Qeyd edək ki, OPEC ölkələri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən enerji mütəxəssislərinin iştirak etdiyi WPC iclası oktyabrın 3-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr